×
A
A
A
Sazlamalar

Şamaxıda qanunsuz ağac kəsən şəxsə cərimə yazılıb

Bakı, 24 noyabr, AZƏRTAC

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı şəhər ərazisində qanunsuz ağackəsmə faktı aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxs müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.
Həmçinin şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində oduncağın tədarük edilib daşınması qaydasını pozan şəxs müəyyənləşdirilib. Onun barəsində də İnzibati Xətalar Məcəlləsinin 252-ci (meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması) maddəsi ilə protokol tərtib olunub.


 

 

 

Cəmiyyət 2023-11-24 13:59:00