×
A
A
A
Sazlamalar

Qəza törədib hadisə yerindən qaçmış daha bir sürücü aşkarlanaraq saxlanılıb

Bakı, 24 noyabr, AZƏRTAC

Bakı-Sumqayıt yolunda qəza törədib hadisə yerindən qaçmış daha bir sürücü aşkarlanaraq saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Belə ki, “Opel” markalı 99-GC-845 nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınan sürücünün aşkarlanaraq məsuliyyətə cəlb edilməsi barədə 44 günlük Vətən müharibəsi iştirakçısı Vəfadar İsmayılov tərəfindən 050-8000-902 whatsapp nömrəsinə daxil olmuş müraciət əsasında Baş Dövlət Yol Polisi İdarəsinin Avtonəqliyyat vasitələrinin axtarışı şöbəsində araşdırma başlanılıb.
Araşdırma zaman hadisəni 1995-ci il təvəllüdlü Abbaszadə Röyal Qalib oğlunun “Ravon” markalı 99-DX-976 nömrə nişanlı avtomobillə törətdiyi aşkarlanıb.
Həyata keçirilən tədbirlər nəticəsində Röyal Abbaszadə müəyyənləşdirilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.

Cəmiyyət 2023-11-24 13:14:00