Azərbaycan İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya Sammitində təmsil olunur
İstanbul, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Sammiti - “Stratcom 23” işə başlayıb. Sammit Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, bu il “Hibrid təhlükələrlə qlobal mübarizə: sabitlik, təhlükəsizlik, həmrəylik” mövzusuna həsr olunan konfransda ölkəmizi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev təmsil edir.
O, tədbirin ikinci günü keçiriləcək “Strateji kommunikasiyaların yeni dilemmaları: İnformasiya təhlükəsizliyi və şəffaflıq” mövzusunda panel iclasda iştirak edəcək.
İki gün davam edəcək tədbirdə doqquz panel iclasında mövzu ətrafında müzakirələr aparılacaq.
® “Azercell” ahıllar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçib
Azərbaycan nümayəndə heyəti İstanbulda Dünya Halal Sammitində iştirak edib
AzTU ilə Elektron Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq memorandumu imzalanıb
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşlarla görüşəcək