×
A
A
A
Sazlamalar

Səfir: SPECA-nın Zirvə görüşündə müzakirə olunacaq məsələlər dünya ölkələri üçün mühüm əhəmiyyət kəsb edir

Tbilisi, 24 noyabr, AZƏRTAC

“Körfəz Əməkdaşlıq Şurasının SPECA-nın Zirvə görüşündə müzakirə olunacaq məsələləri təkcə bizim regionumuz üçün deyil, dünya ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze söyləyib.
Onun sözlərinə görə, Zirvə görüşündə həm siyasi, həm ticarət-iqtisadi, həm də mədəni-humanitar məsələlər, o cümlədən “yaşıl enerji” layihəsi və Qara dənizin dibi ilə elektrik kabelin çəkilməsi məsələsi müzakirə olunacaq.
“Təbii ki, logistika məsələləri, nəqliyyat dəhlizi, bu istiqamətdə yeni layihələrin başlanması da diqqət mərkəzində olacaq. Vacib məsələlərdən biri də bu ilin sonuna tikintisinin və genişləndirilməsinin başa çatdırılması gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bu və digər məsələlər həm Zirvə görüşündə, həm də İrakli Qaribaşvilinin ikitərəfli görüşlərində müzakirə olunacaq. Düşünürəm ki, bu səfər ölkələrimiz arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə əlavə təkan verəcək”, - deyə Z.Patarzde vurğulayıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

 

İqtisadiyyat 2023-11-24 12:10:00