Azad olunan ərazilərdə məskunlaşan 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub - YENİLƏNİB VİDEO
Laçın, 24 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə Laçında “İşğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu - Peşə və bacarıqların inkişaf etdirilməsi” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Çıxışlarda bu kimi tədbirlərin işğaldan azad olunan bölgələrə köçürülən vətəndaşların işlə təminatında mühüm dəstək olduğu vurğulanıb. Qeyd edilib ki, artıq Laçına köçürülən sakinlərdən 266 nəfərin məşğulluğu təmin edilib. Əlavə olaraq 53 şəxsin də məşğulluq məsələlərinin həlli istiqamətində tədbirlər görülür. Vurğulanıb ki, dövlət qurumları ilə özəl sektor arasında dayanıqlı əməkdaşlıq nəticəsində görülən işlərin əhatəsi daha da genişləndirilir.
Görüşdə, həmçinin işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən işəgötürənlər üçün tətbiq edilən güzəştlər barədə məlumat verilib, mütəmadi olaraq sahibkarlar üçün təlim və master-klasların keçirildiyi vurğulanıb.
Dəyirmi masada “Regionun əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkili istiqamətində görüləcək işlər və çağırışlar”, “Laçın rayonunda əhalinin məşğulluğu istiqamətində görülən işlər və təcrübələr” mövzularında təqdimatlar olub. Tədbir iştirakçılarına Dövlət Məşğulluq Agentliyinin işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərin yeni peşələrə yiyələnməsi üçün həyata keçirdiyi və təşkili planlaşdırılan peşə kursları barədə məlumat verilib. Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində köçürülən sakinlərin peşə hazırlığına cəlbi əsas məşğulluq tədbirlərindən biridir və ilkin mərhələdə azad olunan ərazilərdə məskunlaşacaq 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub. Artıq Zəngilan rayonunun Ağalı kəndində 31 nəfər dərzi peşəsi üzrə kurslara cəlb olunub və kursun yekununda işlə təmin edilib. Digər ərazilərə köçürülən şəxslərin də peşə hazırlığına cəlbi istiqamətində tədbirlər görülür.
Sonda dayanıqlı məskunlaşma üçün məşğulluğun artırılması istiqamətində təkliflər müzakirə edilib.
12:09
Laçında “İşğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu: peşə və bacarıqların inkişaf etdirilməsi” mövzusunda tədbir keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirlər.
Cəlilabadda otlaq sahəsində silah-sursat aşkarlanıb
Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib
Qusar Dövlət Ləzgi Dram Teatrı "Sədəf" tamaşasını teatrsevərlərə təqdim edib
Oğuz rayonunda ilk “Avtoklaster” layihəsinə başlanılır VİDEO
“Hərbçilər qardaşımın barmağını kəsib nişan üzüyünü götürmüşdülər” - Neftçalanın Qara Yanvarı VİDEO