Ekspert ailə qurmamışdan öncə genetik testdən keçməyi tövsiyə edir
Bakı, 24 noyabr, AZƏRTAC
Hər birimizin ailə qurmamışdan öncə genetik testdən keçməsi vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov ailə planlaşdırılmasında tibbi-genetik məsləhət və genetik testlərin mühüm rolundan danışaraq deyib.
Ekspert bildirib ki, ailə planlaşdırılmasında tibbi-genetik məsləhət və genetik testlər mühüm rol oynayır. Onlar anadangəlmə xəstəliklərin və ya irsi yolla ötürülə bilən genetik patologiyaların risklərini müəyyən etməyə kömək edir. Həmçinin ailənin gələcək hamiləlikləri ilə bağlı əsaslandırılmış qərarların qəbul edilməsi və doğulacaq uşaqların sağlamlığının qorunması üçün müvafiq üsullar seçməsinə imkan verir.
Genetik testlər, eyni zamanda, valideynlərdə mümkün genetik problemləri müəyyən etməyə kömək edə bilir, onlara ailə planlamasında alternativ imkanlardan istifadə etməklə bağlı qərar verməyə şərait yaradır.
Əmək qəhrəmanı Tərlan Musayevaya həsr olunmuş kitabın təqdimatı keçiriləcək
ANAMA: 1043.2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
FHN: Masallıda fərdi yaşayış evi yanıb VİDEO
Ötən il NİİM-in kameraları 2 mindən çox yol-nəqliyyat hadisəsini qeydə alıb