×
A
A
A
Sazlamalar

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib

Bakı, 24 noyabr, AZƏRTAC

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması sahəsində mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının noyabrın 23-də keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 6 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

 

 

Cəmiyyət 2023-11-24 10:29:00