×
A
A
A
Sazlamalar

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Bakı, 24 noyabr, AZƏRTAC

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,04 dollar artaraq 81,46 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,58 dollar ucuzlaşaraq 76,52 dollar təşkil edib.

 

İqtisadiyyat 2023-11-24 10:23:00