×
A
A
A
Sazlamalar

Zaqatalada qadının öldürülməsi ilə bağlı cinayət işi başlanılıb – YENİLƏNİB

Bakı, 24 oktyabr, AZƏRTAC
Noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhəri ərazisində 1989-cu il təvəllüdlü Aygün Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a rayon prokurorluğundan məlumat verilib.
Araşdırmalarla 1991-ci il təvəllüdlü Əli Səfərovun şəhərin Həzi Aslanov küçəsində şəxsi münasibətlər zəminində Aygün Həşimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Əli Səfərov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.

 

09:49


Noyabrın 24-də saat 09 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Cəmiyyət 2023-11-24 11:21:00