×
A
A
A
Sazlamalar

Zəngilanda silahların və partlamamıṣ vasitələrin aşkar olunması istiqamətində tədbirlər davam etdirilir

Bakı, 24 noyabr, AZƏRTAC

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində silahların və partlamamıṣ vasitələrin aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları rayonun Keçikli kəndi ərazisində xidmətdə olan zaman 5 avtomat, 1 pulemyot, 1 qumbaraatan, 1 snayper tüfəngi, 18 piyada əleyhinə mina aşkar edilib və müvafiq qaydada götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Cəmiyyət 2023-11-24 09:29:00