×
A
A
A
Sazlamalar

Oktyabrda aparılan nağdsız ödənişlərin çox hissəsi elektron ticarətin payına düşür

Bakı, 23 noyabr, AZƏRTAC

Oktyabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat ayında kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5017 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 4107 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 902 milyon manatı POS-terminallar, 8 milyon manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 54,7 faizini təşkil edib.

 

İqtisadiyyat 2023-11-23 17:03:00