Dövriyyədə olan ödəniş kartlarının sayı artıb
Bakı, 23 noyabr, AZƏRTAC
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı oktyabr ayının sonunda ötən aya nəzərən 271 min ədəd artaraq 16 milyon 210 min ədəd təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,9 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20 faiz, kredit kartları üzrə 22,1 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 72 min, kredit kartları 389 min, digər kartlar isə 2,2 milyon ədəd artıb.
Lənkəranda 1 ildə ASANlaşan 300 000-ə yaxın müraciət
Nazir: Noyabrda Azərbaycanda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək
® “Unibank” 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb
“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinə yenidən başlanılıb