Elbay Qasımzadə Beynəlxalq Memarlıq Akademiyasının professoru seçilib
Bakı, 23 noyabr, AZƏRTAC
Beynəlxalq Memarlıq Akademiyasının (İAA) Elmi Şurasının sonuncu iclasında Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, BMAM-ın Bakı Akademik Mərkəzinin rəhbəri Elbay Qasımzadə IAA-nın professoru seçilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Memarlar İttifaqından bildirilib.
BMAM-ın Bakı Akademik Mərkəzi 2016-cı il aprelin 1-də təsis edilib. Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin Akademik Mərkəzinin məhz Bakıda yaradılması respublikamızda memarlığın inkişafı, sürətlə aparılan tikinti-quruculuq işləri ilə sıx bağlıdır.
Bu günə qədər Moskva Beynəlxalq Memarlıq Akademiyasının tərkibinə Azərbaycandan 5 fəxri üzv, 8 akademik, 13 müxbir üzv və 26 professor daxildir.
Belçikanın Baş naziri Bakı limanında olub
Azərbaycan AYİB ilə nəqliyyat layihələrinin maliyyələşməsini müzakirə edib
İstanbulda keçirilən Türk Ticarət Sərgisini üç mindən çox iş adamı ziyarət edib
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq