AŞF-nin vitse-prezidenti: Yığmamızdan qızıl medal gözləyirdik
Bakı, 22 noyabr, AZƏRTAC
Yığmamızdan qızıl medal gözləyirdik. Amma son tur oyunun taleyini həll etdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov Monteneqroda keçirilən Avropa çempionatında qadın şahmatçıların qazandığı uğur barədə jurnalistlərə açıqlamasında deyib.
Qadın şahmatçıların əllərindən gələni etdiklərini söyləyən AŞF rəsmisi oyunun gərgin mübarizə şəraitində keçdiyini bildirib: “Qızlarımız qələbəyə çox yaxın idilər. Hər biri güclü oyun nümayiş etdirdi. Bu turnirə çox ciddi hazırlaşmışdılar. 15 xalla ikinci yerə layiq görülmək sevindirici hissdir. Əgər bu formada irəliləsək, sözsüz ki, gələn il keçiriləcək Şahmat Olimpiadasında bundan da yaxşı nəticə əldə edəcəyik”.
Qeyd edək ki, Azərbaycan yığması tarixdə ilk dəfə Avropa çempionatının gümüş medalına layiq görülüb.
Azərbaycan futzal millisinin heyətində dəyişiklik edilib
Çempionlar Liqası: “Real Madrid” İtaliya, “Liverpul” İspaniya səfərində
“Şamaxı” iki futbolçusu ilə yollarını ayırıb
Misli Premyer Liqası: “Turan Tovuz” doğma meydanda üç xala sevinib
Bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyində ilk qaliblər müəyyənləşib