×
A
A
A
Sazlamalar

Azərbaycanla Banqladeş arasında gənclər və idman sahəsində əməkdaşlıq müzakirə edilib

Bakı, 22 noyabr, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov Banqladeşdə səfərdədir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, F. Qayıbov səfər zamanı banqladeşli həmkarı Zahid Ahsan Russel ilə görüşüb.
Görüşdə iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Həmçinin ölkələr arasında təcrübə mübadiləsinin gələcək perspektivləri müzakirə edilib.

İdman 2023-11-22 16:48:00