“Qarabağ” klubu tanınmış idman institutu ilə əməkdaşlığa başlayıb
Bakı, 22 noyabr, AZƏRTAC
"Qarabağ" futbol klubu ilə Yohan Kroyf İnstitutu arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ağdam təmsilçisinin Əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev, eləcə də PR & Marketinq departamentinin rəhbəri Yusif Cəfərov tanınmış institutda təhsil alacaqlar.
Müqavilə şərtlərinə əsasən, komandanın əməkdaşları və futbolçuları idman sahəsində təcrübələrini, təhsillərini artırmaq imkanı əldə edəcəklər.
Xatırladaq ki, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də Yohan Kroyf İnstitutunda təhsilini davam etdirir.
Formula 1-in prezidenti: Azərbaycan dövləti öz imicini dünyaya yüksək səviyyədə çatdırır
Formula 1 Türkiyə və ŞKTC idmansevərlərinin diqqət mərkəzindədir
Premyer Liqa: "Araz-Naxçıvan" "Kəpəz"i məğlub edib
Formula 1 Azərbaycan Qran- Prisi 2024: F1 ulduzları fan-forumda