×
A
A
A
Sazlamalar

FIBA Avropa Kuboku: Azərbaycan çempionu bu gün son oyununa çıxacaq

Bakı, 22 noyabr, AZƏRTAC

“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə bu gün son oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi D qrupundakı altıncı sınağında Çexiyanın “Nimburk” komandası ilə qarşılaşacaq.
Bakı İdman Sarayında oynanılacaq matç saat 19:00-da start götürəcək.
Qeyd edək ki, ötən tur Türkiyənin “Bağçaşəhər” klubuna uduzan “Sabah” 6 xalla üçüncü, “Nimburk” isə 9 xalla ikinci pillədə qərarlaşıb.

İdman 2023-11-22 13:39:00