Vüqar Həşimov Memorialında iştirak edəcək şahmatçılar bəlli olub
Bakı, 22 noyabr, AZƏRTAC
"Vüqar Həşimov Memorial-2023" superturnirində iştirak edəcək şahmatçılar bəlli olub.
AZƏRTAC xəbər verir ki, bu barədə yarışın direktoru Anar Allahverdiyev memorialla bağlı təşkil olunmuş mətbuat konfransında məlumat verib.
O, superturnirdə ümumilikdə 10 şahmatçının iştirak edəcəyini bildirib. Bunlardan beşi azərbaycanlı, beşi isə əcnəbi olacaq.
"Vüqar Həşimov Memorial-2023"ün iştirakçıları: Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov, Aydın Süleymanlı, Santoş Vidit (Hindistan), Riçard Rapport (Rumıniya), Yan-Kşiştof Duda (Polşa), Yorden van Forest (Niderland) və Boris Geifand (İsrail).
Qeyd edək ki, turnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə dekabrın 7-11-də Qəbələdə keçiriləcək.
I Liqa: “Qəbələ” çempionluğu, “İmişli” və “Karvan” Premyer Liqaya vəsiqəni rəsmiləşdirib
Azərbaycan cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar
Türkiyə klubu UEFA Gənclər Liqasının finalına yüksəlib