×
A
A
A
Sazlamalar

Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların proqramı açıqlanıb

Bakı, 22 noyabr, AZƏRTAC

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib.
AZƏRTAC xəbər verir ki, ölkə çempionatının növbəti matçları noyabrın 22-də və 23-də təşkil olunacaq.
Bu gün MOİK Yüksək Liqadakı növbəti matçında “Neftçi” ilə üz-üzə gələcək. Oyun saat 18:00-da başlayacaq.
Noyabrın 23-də isə ilk olaraq meydana “Azərreyl” və “Murov Az Terminal” komandaları çıxacaqlar. Matç saat 16:00-da başlayacaq. Günün növbəti qarşılaşması isə “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları arasında olacaq. Oyun saat 19:00-da başlayacaq.
Hər üç görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Yüksək Liqa (kişilər)
22 noyabr
18:00. MOİK - “Neftçi”

23 noyabr
16:00. “Azərreyl” - “Murov Az Terminal”
19:00. “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın”

İdman 2023-11-22 12:34:00