“Avro-2024”: Xorvatiya final mərhələsində, Türkiyə qrup lideri olub
Bakı, 22 noyabr, AZƏRTAC
"Avro-2024"ün seçmə mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun günündə B, D və İ qruplarında, ümumilikdə, yeddi görüş baş tutub.
Final mərhələsinə vəsiqəni daha əvvəl təmin edən Türkiyə millisi D qrupundakı son matçında Uelsin qonağı olub. Matçda qalib müəyyənləşməyib - 1:1. Neko Uilyamsın 7-ci dəqiqədə vurduğu qola 70-ci dəqiqədə Yusuf Yazıcı penaltini dəqiq yerinə yetirməklə cavab verib. Qrupun digər oyununda Xorvatiya millisi evdə Ermənistana qalib gələrək, adını final mərhələsinə yazdırıb.
Gecənin digər matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb.
“Avro-2024”, seçmə mərhələ
X tur
21 noyabr
B qrupu
23:45. Cəbəllütariq - Niderland - 0:6
23:45. Yunanıstan - Fransa - 2:2
Xal durumu: Fransa - 22, Niderland - 18, Yunanıstan - 13, İrlandiya - 6, Cəbəllütariq - 0.
D qrupu
23:45. Xorvatiya - Ermənistan - 1:0
23:45. Uels - Türkiyə - 1:1
Xal durumu: Türkiyə - 17, Xorvatiya - 16, Uels - 12, Ermənistan - 8, Latviya - 3.
İ qrupu
23:45. Andorra - İsrail - 0:2
23:45. Kosovo - Belarus - 0:1
23:45. Rumıniya - İsveçrə - 1:0
Xal durumu: Rumıniya - 22, İsveçrə - 17, İsrail - 15, Belarus - 12, Kosovo - 11, Andorra - 2.
Misli Premyer Liqası: "Zirə" "Araz-Naxçıvan"ı məğlub edib
"Turan Tovuz" braziliyalı futbolçunu transfer edib