İngiltərənin “Blue” qrupu ilk dəfə Bakı səhnəsində çıxış edəcək
Bakı, 21 noyabr, AZƏRTAC
İngiltərənin əfsanəvi “Blue” qrupu ilk dəfə Bakıda çıxış edəcək. AZƏRTAC xəbər verir ki, konsert 2024-cü il fevralın 15-də Heydər Əliyev Sarayının səhnəsində baş tutacaq.
“Blue” İngiltərənin kişilərdən ibarət qrupudur, onun mahnılarından ibarət albom 7,9 milyon ümumi tirajla satılıb. Qrupun tərkibinə Dunkan Ceyms, Entoni Kosta, Li Rayan və Saymon Vebb daxildir. Qrup Elton Conun məşhur “Sorry Seems to Be the Hardest Word” mahnısını ifa etdikdən sonra bütün dünyada tanınıb.
Qrup “BRIT Awards 2002”də “Best Newcomer”, “Smash Hits Awards”da “Best Newcomer” , eləcə də “Capital FM Awards”da “Best Single”, “Best Newcomer” və “Best Pop Act” kimi çoxsaylı mükafatlara layiq görülüb.
Beynəlxalq Film Festivalının açılışında tanınmış simalar iştirak edib
Bakıdakı Rus evi dekabr ayı üçün tədbirlər proqramını açıqlayıb
Maraqla gözlənilən “House of The Dragon 2” filminin ilk posteri yayımlanıb
Tanınmış kinorejissor Akif Rüstəmov evində ziyarət edilib
“Şükran günü” qorxu filmi növbəti mövsümlə ekranlara geri qayıdır