Azərbaycan kikboksçusu reytinq döyüşünün qalibi olub
Bakı, 21 noyabr, AZƏRTAC
Kikboks üzrə dünya kəmərinin sahibi, Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin idmançısı Şikar Bədəlov növbəti döyüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, idmançı bu dəfə 81 kiloqram çəki dərəcəsində "King of Kings" reytinq döyüşündə qüvvəsini sınayıb. O, çəkidə özündən 10 kiloqram artıq olan niderlandlı Nabil Xazri ilə qarşılaşıb.
Türkiyədə keçirilən duelə Azərbaycan təmsilçisi daha yaxşı başlayıb. Ş. Bədəlovun zərbələrinə tab gətirə bilməyən N. Xazri çox keçmədən təslim olub. Beləliklə, kikboksçu növbəti qələbəsini qazanaraq Azərbaycan bayrağını dalğalandırıb.
Qeyd edək ki, Şikar Bədəlov döyüşə məşqçisi Hikmət Hacıyevin rəhbərliyi altında hazırlaşıb. Əməkdar məşqçi eyni zamanda Azərbaycan Kikboksinq Federasiyasının yeniyetmə və gənc kikboksçulardan ibarət millisinin və DİN İdman Cəmiyyətinin kikboksinq komandasının baş məşqçisidir.
Xatırladaq ki, Şikar Bədəlov bu ilin fevralında Türkiyənin İstanbul şəhərində Yahya Kemal Beyatlı Mərkəzində mərakeşli Nordin El Benmofu birinci raundun ilk dəqiqəsində məğlub edərək dünya kubokunun sahibi olmuşdu.
Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb
Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb
Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub
Bakıda hərbçilər arasında güləş üzrə dünya çempionatına yekun vurulub
Bakıdakı dünya çempionatında son günün qalibləri mükafatlandırılıblar VİDEO