Azərbaycanın voleybol yığması Ukraynaya uduzub
Bakı, 21 noyabr, AZƏRTAC
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışda yığma Ukrayna ilə qarşılaşıb. Görüş rəqibin 3:0 (9:25, 8:25, 13:25) hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisi daha əvvəl Latviya kollektivinə eyni hesabla məğlub olub. Noyabrın 26-dək davam edəcək çempionatda Şahin Çatmanın rəhbərlik etdiyi komanda Gürcüstan, Litva, Estoniya və Polşa yığmaları ilə də üz-üzə gələcək.
“Avro-2024”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub
Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub
Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb
Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb
Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub