Azərbaycanlı kimyaçı alimlərin kitabı İngiltərədə nəşr olunub
Bakı, 21 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşları akademik Vaqif Abbasov, professor Çingiz Rəsulov, elmi işçi Aybəniz Əsgərova və dosent Səhrab İsmayılovun həmmüəllifi olduqları “Tsiklik və qeyri-tsiklik üzvi birləşmələr” kitabı İngiltərənin “Cambridge Scholars Publishing” nəşriyyatı tərəfindən çap olunub.
Bu barədə AZƏRTAC-a NKPİ-dən məlumat verilib. Bildirilib ki, kitabda tsiklik və qeyri-tsiklik üzvi birləşmələrin əsas sinifləri, onların quruluşu, xassələri və sintezindən bəhs edilir. Nəzəri anlayışlar, stereokimya, kinetika və termodinamika məsələləri, sintez və analizin ən mühüm müasir üsulları haqqında məlumatlar kitabda müzakirə olunan materialla sıx əlaqədə təqdim olunur.
Dərslik ali məktəblərin kimya fakültələrinin bakalavr və magistr pillələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub.
Mədəniyyət və İncəsənət Universitetinin 100 yaşı daha bir təhsil ocağında qeyd olunub
“Fizikada müasir trendlər” mövzusunda 8-ci beynəlxalq elmi konfrans başa çatıb
AzTV-nin əməkdaşı BDU tələbələri ilə təcrübəsini bölüşüb
Xüsusi qabiliyyət tələb edən ixtisasların təsviri sənət istiqaməti üzrə seminar keçirilib