Millətlər Liqası: Azərbaycan yığmasının oyunlarının yeri və başlama saatı açıqlanıb
Bakı, 21 noyabr, AZƏRTAC
Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Kipr və Farer adaları seçmələrinə qarşı keçirəcəyi oyunların məkanı və başlama vaxtı məlum olub.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Kipr yığması ilə dekabrın 1-də Limassoldakı eyniadlı stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Farer adaları ilə noyabrın 5-də “Dalğa Arena”da reallaşacaq görüşün start fiti isə saat 19:00-da veriləcək.
Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub
Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub
Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb
Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb
Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub