Budapeştdə “Yaşıl beşlik” ölkələri energetika nazirlərinin görüşü başlayır
Budapeşt, 21 noyabr, AZƏRTAC
Bu dəqiqələrdə Budapeştin “Groupama” stadionunun konfrans zalında Azərbaycan, Gürcüstan, Bolqarıstan, Rumıniya və Macarıstanın daxil olduğu “Yaşıl dəhliz”in iştirakçı dövlətlərinin nümayəndələrinin dördüncü görüşü başlayır.
AZƏRTAC xəbər verir ki, görüş energetika nazirləri və ya energetika sektoruna məsul olan profil idarələrinin rəhbərləri səviyyəsində keçirilir.
Görüşdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı, Bolqarıstanı, Rumıniya və Macarıstanı müvafiq olaraq bu ölkələrin energetika nazirləri Levan Davitaşvili, İva Petrova, Sebastyan Burduja və Peter Siyarto təmsil edirlər.
Tədbirin əvvəlində nazirlər bugünkü iclasın protokolunu imzalayacaq, görüşün sonunda isə iştirakçıların mətbuat konfransı keçiriləcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Nazir: SOCAR 2035-ci ilə qədər metan tullantılarını sıfıra endirəcək
İİTKM və CAREC arasında Anlaşma Memorandumu imzalanıb
“International Innovation Management and TRIZ Conference” (IIMTC) bağlı mətbuata məlumat verilib