“Sənsiz” tamaşası Milli Dram Teatrının səhnəsində
Bakı, 21 noyabr, AZƏRTAC
Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan “Sənsiz” tamaşası noyabrın 24-25-də Akademik Milli Dram Teatrında teatrsevərlərə təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, Şıxəli Qurbanovun eyniadlı dramı əsasında səhnələşdirilən əsərin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, quruluşçu rəssamı Vüsal Rəhimdir.
Tamaşada rolları Xalq artisti Mehriban Zəki, Əməkdar artist Füzuli Hüseynov, aktyorlar İlahə Həsənova, Elçin Əfəndi, Elsevər Rəhimov və Lalə Süleymanova ifa edəcəklər.
“Sənsiz” repressiyaya məruz qalan, həyatdan və ailəsindən qoparılmış insanların dramından bəhs edir.
Beynəlxalq Film Festivalının açılışında tanınmış simalar iştirak edib
Bakıdakı Rus evi dekabr ayı üçün tədbirlər proqramını açıqlayıb
Maraqla gözlənilən “House of The Dragon 2” filminin ilk posteri yayımlanıb
Tanınmış kinorejissor Akif Rüstəmov evində ziyarət edilib
“Şükran günü” qorxu filmi növbəti mövsümlə ekranlara geri qayıdır