AFFA İcraiyyə Komitəsi Canni De Byazi ilə bağlı fövqəladə iclas keçirəcək
Bakı, 21 noyabr, AZƏRTAC
AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 22-də qurumun inzibati binasında təşkil olunacaq yığıncaq saat 10:00-da başlayacaq.
İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin hesabatı dinləniləcək, italiyalı mütəxəssislə müqavilə müddətinin artırılıb-artırılmama məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, 2020-ci ilin avqustundan yığmaya başçılıq edən 67 yaşlı çalışdırıcının AFFA ilə sözləşməsinin müddəti bu ayın sonunda başa çatacaq.
Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub
Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub
Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb
Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb
Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub