×
A
A
A
Sazlamalar

Denis Boredenok: Azərbaycan neft sənayesinin inkişafında Ulu Öndər Heydər Əliyevin böyük rolu olub

Bakı, 21 noyabr, AZƏRTAC

Bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi tamam olub. Bu əlamətdar tarixdə Azərbaycanda olmaq və neft-qaz sahəsinə həsr olunan tədbirdə iştirak etmək çox sevindiricidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Gaffney Cline” şirkətinin Yaxın Şərq və Xəzər regionları üzrə direktoru Denis Boredenok Xəzər Texniki Konfransı və Sərgisində (SPE Caspian Technical Conference and Exhibition) deyib. D. Boredenok bildirib ki, Azərbaycanın neft sənayesinin inkişafında Ulu Öndər Heydər Əliyevin böyük rolu olub.
“Onun həyata keçirdiyi neft strategiyasının nəticəsində Xəzər dənizinin Azərbaycan sektorundakı yataqlara irihəcmli sərmayə qoyuluşu həyata keçirilib. Dünyanın BP, “Total” kimi iri neft şirkətləri Azərbaycan neftinin dünya bazarlarına çıxmasında əhəmiyyətli işlər gördülər. Bu şirkətlər yalnız neft hasil etməklə deyil, eyni zamanda, ölkənin sosial həyatında da fəal iştirak etdilər. Yüzlərlə sosial, ekologiya, təhsil, turizm proqramları həyata keçirərək gəncləri gələcək həyata hazırladılar. Məhz Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri çəkildi. Bu, beynəlxalq əhəmiyyətli layihələr unikal mühəndislik əsərləridir. Bunların reallaşmasında azərbaycanlı mühəndislərin böyük zəhməti olub”, - deyə Denis Boredenok vurğulayıb.

İqtisadiyyat 2023-11-21 13:57:00