“Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat aparılır
Bakı, 20 noyabr, AZƏRTAC
“Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat aparılır.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iştirak etmək istəyən şagirdlər dekabrın 15-dək sabahinalimleri.edu.az portalında qeydiyyatdan keçməlidirlər.
Müsabiqə ABŞ-ın “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində keçiriləcək.
Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri elmi axtarışlara sövq etmək, həmçinin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqata marağı olan istedadlı şagirdləri aşkara çıxarmaqdır.
Ətraflı məlumatı linkdən əldə etmək olar.
UNEC ilə CFA arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Akademik İsa Həbibbəyli Ankarada TÜBİTAK başqanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Pedaqoji Universitetdə Beynəlxalq Əlillər Günü qeyd olunub
BŞTİ: Ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə başlanılıb
Tarix Muzeyinin yeni qurulan ekspozisiyasında son tamamlanma işləri aparılır