Asif Zeynalov: Son 30 ildə Azərbaycanın neft-qaz sektorunda çox böyük işlər görülüb
Bakı, 21 noyabr, AZƏRTAC
30 il ərzində Azərbaycanda böyük uğur və nailiyyətlər baş verib. Nailiyyətlər yalnız Azərbaycana deyil, regionun da formalaşmasına öz töhfəsini verib.
AZƏRTAC xəbər verir ki, bu sözləri GL şirkətinin Baş icraçı direktoru Asif Zeynalov “SPE Caspian Technical Conference and Exhibition” sərgisində deyib.
O bildirib ki, bu müddət ərzində kiçik və böyük ölçülü şirkətlər də Azərbaycana gələrək, quruda və dayaz sulu yerlərdə neftin çıxarılmasına töhfə veriblər: “Həmin dövr Azərbaycan üçün çox unikal tarixdir. Bu dövrdə neft-qaz sektorunda çox böyük işlər görüldü, yollar çəkildi, yüz minlərlə iş yerləri yaradıldı və yüz minlərlə azərbaycanlı şəxs xaricdə iri şirkət rəhbərləri, neft-qaz mühəndisi kimi işə götürüldü”.
Asif Zeynalovun sözlərinə görə, bu sahədə əldə edilən gəlirlər başqa sektorlara da öz töhfəsini verib.
Parlamentin komitə iclasında 14 məsələ müzakirə edilib
“IDDA Awards 2023”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib
® Birbank-ın “10 001 hədiyyə” lotereyasının 2-ci tirajı yekunlaşdı
Müşavir: Kənd yerlərində rəqəmsal təhsil mərkəzləri yaradılacaq