Azərbaycan Ümumdünya Radiorabitə Konfransında iştirak edir
Bakı, 21 noyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Ümumdünya Radiorabitə Konfransı öz işinə başlayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi nazirliyin nümayəndələri ilə yanaşı, Dövlət Radiotezliklər İdarəsi, “Azərkosmos” və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin mütəxəssisləri təmsil edirlər.
Konfransda gündəliyə daxil olan məsələlər, o cümlədən növbəti illərdə yeni nəsil yerüstü və peyk texnologiyalarının, habelə aeronaviqasiya xidmətlərinin tətbiqi üçün radiotezliklərdən səmərəli və maneəsiz istifadənin təmin edilməsi üzrə hazırlanmış müvafiq tövsiyə və qətnamə xarakterli sənədlərə baxılaraq təsdiq ediləcək.
Həmçinin tədbir çərçivəsində Azərbaycanın milli maraqlarının qorunması və müvafiq razılaşmaların əldə edilməsi üçün aidiyyəti ölkələrin rabitə administrasiyaları ilə zəruri koordinasiya görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Nazir: SOCAR 2035-ci ilə qədər metan tullantılarını sıfıra endirəcək
İİTKM və CAREC arasında Anlaşma Memorandumu imzalanıb
“International Innovation Management and TRIZ Conference” (IIMTC) bağlı mətbuata məlumat verilib