×
A
A
A
Sazlamalar

RİNN: Azərbaycan transsərhəd əməkdaşlığının kağızsız baş tutmasını dəstəkləyir

Bakı, 21 noyabr, AZƏRTAC

Bu gün Azərbaycanın regionda nəqliyyat qovşağına çevrilmək imkanı var.
AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) aparat rəhbəri Bəxtiyar Məmmədov deyib. O qeyd edib ki, Azərbaycan transsərhəd əməkdaşlığının kağızsız baş tutmasını dəstəkləyir.
B.Məmmədov əlavə edib ki, rəqəmsal platforma transnəqliyyatın inkişafına təsir edən amildir. Onun sözlərinə görə, yüklərin izlənilməsi, marşrutların nəzarət altında saxlanmasında Azərbaycan maraqlıdır: “Bu, təchizatı zəncirinə fayda verər. Təchizat zənciri tək Azərbaycanla məhdudlaşmasın, bu regionu və dünyanı əhatə etsin. Azərbaycan artıq Özbəkistanla elektron TIR layihəsini reallaşdırır”, - deyə Bəxtiyar Məmmədov qeyd edib.

İqtisadiyyat 2023-11-21 13:14:00