Ədliyyə Nazirliyinin bir qrup əməkdaşı medallarla təltif olunub
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə 11 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilib.
Dövlətimizin başçısının digər sərəncamı ilə Ədliyyə Nazirliyinin əməkdaşlarından bir nəfərə ədliyyə general-mayoru, bir nəfərə isə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Xətai rayonunda ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb
Yasamalda sanitariya normalarını pozan kafenin fəaliyyəti dayandırılıb
İsmayıllı və Ağdaşda qanunsuz ağac kəsənlər məsuliyyətə cəlb olunublar