Tacikistan: SPECA-da iştirakçı ölkələr arasında effektiv işbirliyi qurulmalıdır
Bakı, 21 noyabr, AZƏRTAC
SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) tərəfdaşları ilə ticarət əlaqələrini daha da gücləndirməli və rəqabətqabiliyyətlilik artırılmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda deyib.
O qeyd edib ki, Tacikistanda ticarət portalı yaradılıb və 435 min istifadəçi portalda qeydiyyatdan keçib: “SPECA-da iştirakçı ölkələrin potensialını nəzərə alsaq, onlar arasında effektiv işbirliyi qurulmalıdır”.