Bekir Bozdağ: Dünyadakı mürəkkəb vəziyyət Türk dövlətlərinin birlikdə olmasını zərurətə çevirir
Bakı, 21 noyabr, AZƏRTAC
Türkiyə, Azərbaycan və Türk dünyasının digər ölkələri dostluqlarını, qardaşlıqlarını tarixən möhkəmləndirmək üçün çalışıblar. Bu gün də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və digər türk dövlətlərinin başçıları əlaqələri genişləndirmək üçün işlər görürlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədr müavini Bekir Bozdağ Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) 15 illiyinə həsr olunmuş konfransda söyləyib.
O bildirib ki, parlamentlərarası əlaqələr xalqımızın arasındakı münasibətləri daha da inkişaf etdirəcək. Dünyadakı hazırkı mürəkkəb vəziyyət Türk dövlətlərinin birlikdə olmasını zərurətə çevirir.
GUAM ölkələri arasında azad ticarət zonasının inkişafı məsələsi ətrafında fikir mübadiləsi aparılıb
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti sülhə xidmət etmir
Budapeştdə Orta Dəhlizlə bağlı seminar təşkil olunub
Milli Məclisin nümayəndə heyəti Çex Respublikasına səfər edib
Ermənistanın siyasi kursunda regiondan uzaqlaşmaq meyilləri müşahidə edilir- RƏY