Seneqal nümayəndəsi: Bakı konfransı müstəmləkəçilik siyasəti ilə mübarizədə mühüm platformadır
Bakı, 21 noyabr, AZƏRTAC
Kolonizasiya insanları tam təcrid etməklə məşğuldur. Ölkələr tabeçilik şəraitində sahib olduqları hər şeyi itiriblər. Biz hazırda bunlara qarşı birgə çalışmalıyıq.
Düşünürəm ki, Bakı konfransı müstəmləkəçilik siyasətinə qarşı mübarizə istiqamətində mühüm platformadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Seneqal "YDNA VITA" LTD təşkilatının rəhbəri olan İbrahima Diagne Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin “Qadın hüquqlarının inkişafı və qadınların səlahiyyətləndirilməsi” mövzusunda Bakıda keçirilən konfrans çərçivəsində təşkil edilən "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı” üzrə panel müzakirələrdə səsləndirib.
O bildirib ki, dominantlığa son qoyulmalı və irqi ayrı-seçkilik başa çatmalıdır.
"İnsanlar, dünya xalqları şiddətdən əziyyət çəkir, onların mənsubiyyəti, mədəniyyəti heçə sayılır. Afrikada müstəmləkəçiliyin əsasından danışarkən qeyd etməliyəm ki, burada quldarlıq sənaye halına gətirilib. İnsanlarla insan kimi rəftar edilmir. Bizim vəzifəmiz odur ki, tariximizi və qurban olduğumuzu bilək, dekolonizasiya üçün mübarizə aparaq”, - deyə İbrahima Diagne vurğulayıb.
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti sülhə xidmət etmir
Budapeştdə Orta Dəhlizlə bağlı seminar təşkil olunub
Milli Məclisin nümayəndə heyəti Çex Respublikasına səfər edib
Ermənistanın siyasi kursunda regiondan uzaqlaşmaq meyilləri müşahidə edilir- RƏY
Britaniyanın Moskvadakı səfiri Qarabağdakı bərpa işləri barədə məlumatlandırılıb