Naxçıvanda 10 ayda istehlakçılara 652 min manatdan çox ƏDV məbləği qaytarılıb
Naxçıvan, 21 noyabr, AZƏRTAC
Naxçıvanda muxtar respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2023-cü ilin 1 noyabr tarixinə muxtar respublika ərazisində 2 min 212 ədəd yeni nəsil NKA quraşdırılıb. Yanvar-oktyabr aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 175,7 milyon manatdan çox olub.
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həmin dövr ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 652,2 min manatdan çox, təkcə oktyabr ayında isə 98,9 min manat ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə oktyabr ayında istehlakçılara qaytarılan məbləğ 4,7 dəfə artıb.
Tovuz sakini dəm qazından dünyasını dəyişib
Qəbələdə sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi təşkil olunub
Qubada avtomobil su kanalına düşüb VİDEO