×
A
A
A
Sazlamalar

Qızılağac Milli Parkında ilk dəfə “Flaminqo festivalı” keçirilir FOTO VİDEO

Lənkəran, 21 noyabr, İlkin Adıyev, AZƏRTAC
Azərbaycanda, Qızılağac Milli Parkında ilk dəfə "Flaminqo festivalı" keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri, suvenirlər, həmçinin Qızılağac Milli Parkına aid simvollar nümayiş olunur.
Festivalda dövlət qurumları, qeyri-hökumət təşkilatları, universitetlər və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də milli parkı ziyarət edən turistlər iştirak edir.
Axşam saatlarınadək davam edəcək festivalda iştirakçılar Qızılağac Milli Parkı ərazisində qayıq və kvadrasikllarla gəzir, körfəz ərazisində quş koloniyaları müşahidə edirlər.
Festival çərçivəsində 1 milyon çəkikimi balıq körpəsi Qızılağac Milli Parkının körfəz ərazisinə, milli parkın faunasına xas olan turac quşları isə təbiətə buraxılıb.

Regionlar 2023-11-21 12:38:00

Video