Lyuk Frensis Kerol: Fransa bizim ölkələrdəki qadınları, qaradərililəri əşya kimi görürdü
Bakı, 21 noyabr, AZƏRTAC
Qadınların dekolonizasiyaya qarşı mübarizədə rolu çox mühümdür. Biz çalışırıq ki, diskriminasiyaların qarşısını alaq. Ölkəmizin azad olunması uğrunda mübarizə davam edir. Martinika quldarlıqdan əziyyət çəkir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol Bakıda keçirilən “Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı” mövzusunda tədbirdə deyib.
Ölkəsində qadınların çox əzab çəkdiklərini deyən Lyuk Frensis Kerol bildirib: “Bütün afrikalılar kimi, oradakı qadınlar da diskriminasiya ilə üzləşiblər. İlk növbədə, ona görə ki, onlar qadın idilər. Fransa bizim ölkələrdəki qadınları, qaradərililəri əşya kimi görürdü. Hesab edirdi ki, onlar heç insan deyillər. Onlar tarlalarda, çətin peşələrdə işlədilməyə məcbur edilirdilər, istismar olunurdular. Eyni zamanda, zorakılığa məruz qalırdılar”.
O, həmçinin qeyd edib ki, Afrikada qaradərililərə ailə həyatı qurmaq, valideynlik imkanı verilmirdi.
Ölkəsində quldarlıqda mübarizədə qadınların fəal iştirak etdiklərini deyən Lyuk Frensis Kerol vurğulayıb ki, bu sistemə asanlıqla son qoyulmayıb. O, eyni zamanda, diqqətə çatdırıb ki, müstəmləkəçiliyin leqallaşdırılmasından sonra qadınlar kişilərin əşyasına çevrilib. Qadınlar artıq tam olaraq söz azadlığını itirib.
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi bəlli olub
Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub YENİLƏNİB