Ötən il Özbəkistanın SPECA ölkələri ilə ticarət dövriyyəsi 8 milyard dollar olub
Bakı, 21 noyabr, AZƏRTAC
Son 25 ildə SPECA iştirakçısı olan ölkələrin ÜDM-i 10 dəfə, qarşılıqlı ticarəti isə 50 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Bədriddin Abidov deyib. O bildirib ki, ötən il Özbəkistanın SPECA ölkələri ilə ticarət dövriyyəsi 8 milyard dollar təşkil edib.
“Bu ilin on ayında isə bu göstərici 15 milyard dollar olub. 2024-cü ildə Özbəkistanda ticarətin asanlaşdırılması ilə bağlı forum keçiriləcək və bütün ölkələri bu foruma dəvət edirəm”, - deyə özbək nazir müavini vurğulayıb.
Nazir: SOCAR 2035-ci ilə qədər metan tullantılarını sıfıra endirəcək
İİTKM və CAREC arasında Anlaşma Memorandumu imzalanıb
“International Innovation Management and TRIZ Conference” (IIMTC) bağlı mətbuata məlumat verilib