TürkPA-nın 15 illiyinə həsr olunmuş konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 21 noyabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) 15 illiyinə həsr olunmuş konfransın iştirakçıları noyabrın 21-də Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.
Konfrans iştirakçıları, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, onların adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə güllər düzüblər.
GUAM ölkələri arasında azad ticarət zonasının inkişafı məsələsi ətrafında fikir mübadiləsi aparılıb
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti sülhə xidmət etmir
Budapeştdə Orta Dəhlizlə bağlı seminar təşkil olunub
Milli Məclisin nümayəndə heyəti Çex Respublikasına səfər edib
Ermənistanın siyasi kursunda regiondan uzaqlaşmaq meyilləri müşahidə edilir- RƏY