Yaradıcı müəllimlər üçün müsabiqənin final turu keçirilir
Bakı, 21 noyabr, AZƏRTAC
“Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya” mövzusunda təqdimat müsabiqəsinin final (şəhər) mərhələsi keçirilir.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ tərəfindən keçirilən müsabiqənin şəhər turunda müəllimlər müraciət etdikləri mövzunu münsiflər heyəti və dinləyicilərə 8 dəqiqəlik interaktiv çıxış formatında təqdim edirlər.
Təqdimatların qiymətləndirilməsi zamanı əsas meyarlar kimi mövzunun aktuallığı, yeniliyi, nəzəri və praktik uyğunluğu, təqdimedilmə forması, istifadə olunmuş ədəbiyyat, nitq və fikri sərbəst ifadə etmək bacarığı, vaxtın düzgün idarəolunması, mövzuya uyğun müasir texnoloji vasitələrdən istifadə, nəticə və təkliflər nəzərə alınır. Hər bir meyar üzrə iştirakçıya 5 bal verilir.
Müsabiqənin nəticəsinə əsasən, 15 müəllim (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 6 nəfər isə həvəsləndirici yer) qalib seçiləcək.
Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Təqdimat müsabiqəsinin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin müvafiq rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.
Mədəniyyət və İncəsənət Universitetinin 100 yaşı daha bir təhsil ocağında qeyd olunub
“Fizikada müasir trendlər” mövzusunda 8-ci beynəlxalq elmi konfrans başa çatıb
AzTV-nin əməkdaşı BDU tələbələri ilə təcrübəsini bölüşüb
Xüsusi qabiliyyət tələb edən ixtisasların təsviri sənət istiqaməti üzrə seminar keçirilib