Prezidentin köməkçisi: Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün heç bir maneə görmür
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün heç bir maneə görmür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 21-də yerli və xarici jurnalistlərə açıqlamasında söyləyib.
Azərbaycanın tam suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini xatırladan Prezidentin köməkçisi bildirib: “Ermənistanın bütün qanunsuz hərbi birləşmələri ölkəmizin ərazisindən çıxarılıb və tərəfimizdən iki ölkə arasında münasibətlərin normallaşması üçün heç bir maneə görmürük. Bunun baş tutması üçün Ermənistan tərəfi anlamalıdır ki, bu sülhün kökləri Vaşinqtonda, Parisdə və Brüsseldə deyil, barış buradadır. Bunun da irəliyə aparılması və bu istiqamətdə ciddi nailiyyətlərin əldə edilməsi üçün Ermənistan bu bölgəyə baxmalı, Azərbaycanla bu istiqamətdə danışıqları davam etdirməlidir. Bizim üçün müharibə başa çatıb, regionda yeni reallıq yaranıb. Bu reallıq ədalətə, beynəlxalq hüquqa əsaslanır”.
GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti sülhə xidmət etmir
Budapeştdə Orta Dəhlizlə bağlı seminar təşkil olunub
Milli Məclisin nümayəndə heyəti Çex Respublikasına səfər edib
Ermənistanın siyasi kursunda regiondan uzaqlaşmaq meyilləri müşahidə edilir- RƏY