Karlayl Korbin: Polineziya xalqı Fransanın nüvə sınaqlarından ciddi ziyan çəkib
Bakı, 21 noyabr, AZƏRTAC
Polineziya xalqı da Fransanın nüvə sınaqlarından ciddi ziyan çəkib.
AZƏRTAC xəbər verir ki, bunu Fransa Polineziyasının BMT-dəki nümayəndəsi Karlayl Korbin Bakıda keçirilən "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbirdə deyib.
Polineziyanın Fransanın müstəmləkə siyasətinin nəticələri ilə mübarizəni hələ də davam etdirdiyini söyləyən Karlayl Korbin əlavə edib: “1844-cü ildən 1846-cı ilə qədər fransız müstəmləkəçiləri ilə müharibə davam edib. Daha sonra isə Fransa bu adaları zəbt edərək öz hüquqlarını müəyyənləşdirib. Polineziya xalqı da Fransanın nüvə sınaqlarından ciddi ziyan çəkib. Onun nəticələri həm Polineziya xalqına, həm də ətraf mühitə mənfi təsir göstərib”.
GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti sülhə xidmət etmir
Budapeştdə Orta Dəhlizlə bağlı seminar təşkil olunub
Milli Məclisin nümayəndə heyəti Çex Respublikasına səfər edib
Ermənistanın siyasi kursunda regiondan uzaqlaşmaq meyilləri müşahidə edilir- RƏY