“Disney” studiyasının yubileyi Nizami Kino Mərkəzində qeyd olunacaq
Bakı, 21 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində dekabrın 3-də dünyanın ən böyük animasiya studiyası olan “The Walt Disney Studio”nun yaradılmasının 100 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutacaq tədbir Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə reallaşacaq.
Tədbirdə “Walt Disney Feature Animation” tərəfindən istehsal olunan musiqili döyüş-macəra filmi “Mulan” (1998) nümayiş etdiriləcək.
1923-cü ildə Walt Disney və Roy O.Disney tərəfindən qurulan “The Walt Disney Company” qısa müddətdə Amerika animasiyasında liderə çevrilib. Şirkətin ilk böyük uğuru 1928-ci ildə yayımlanan, bu gün də sevə-sevə izlənilən “Mickey Mouse” cizgi filmidir.
İlk tammetrajlı animasiya filmi “Ağca və yeddi cırtdan” isə 1937-ci ildə animasiya dünyasında inqilab edib. Hazırda “Disney” personajları, əyləncə parkları ilə tanınan multimedia nəhəngidir.
Beynəlxalq Film Festivalının açılışında tanınmış simalar iştirak edib
Bakıdakı Rus evi dekabr ayı üçün tədbirlər proqramını açıqlayıb
Maraqla gözlənilən “House of The Dragon 2” filminin ilk posteri yayımlanıb
Tanınmış kinorejissor Akif Rüstəmov evində ziyarət edilib
“Şükran günü” qorxu filmi növbəti mövsümlə ekranlara geri qayıdır