×
A
A
A
Sazlamalar

Partiya lideri: Korsikada qadınlar ağır formada zorakılığa məruz qalırlar

Bakı, 21 noyabr, AZƏRTAC

Korsikada qadınların hüquqları pozulur. Torpaqlara yiyələnmək qadın azadlığı demək deyil. Bu adada qadınlar ağır formada zorakılığa məruz qalırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Martinika Azadlıq Partiyasının lideri Luc Françis Karole Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin “Qadın hüquqlarının inkişafı və qadınların səlahiyyətləndirilməsi” mövzusunda Bakıda keçirilən konfrans çərçivəsində təşkil edilən "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı" üzrə panel müzakirələrdə səsləndirib.
O deyib: “2015-ci ildə seçkidə qalib gəldikdən sonra çalışdıq ki, qadınların hüquqları təmin edilsin. Həmin dövrdə Fransa qadınlara öz imtiyazlarından istifadə etməyə imkan vermirdi. Korsikada azadlıq uğrunda mübarizə aparan qadınlara heykəl qoyulub. Biz həmin qadınlarla fəxr edirik”.

Siyasət 2023-11-21 11:33:00