Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb
Bakı, 21 noyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024-cü illər mövsümünün II təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu raundun qarşılaşmaları iki günü əhatə edəcək.
Qeyd edək ki, “Lerik”, “Kür-Araz” və “Şəfa” klubları Əsasnamə tələbinə əsasən ya standartlara cavab verən stadion təmin etməli, ya da səfərdə oynamalı idilər. Adıçəkilən klublar PFL-ə rəsmi şəkildə səfər komandası kimi oynamaqla bağlı bildiriş ünvanlayıblar. Qərara əsasən, “Lerik” “Sumqayıt”ı, “Şəfa” “Səbail”i, “Kür-Araz” isə “Araz-Naxçıvan”ı rəqibin meydanında qəbul edəcək.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 noyabr (çərşənbə axşamı)
13:30. “Karvan” – “Difai Ağsu”
Yevlax şəhər stadionu
13:30. “Araz Saatlı” – “İrəvan”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu
13:30. MOİK – “Cəbrayıl”
Binə qəsəbə stadionu
15:00. “Şəfa” – “Səbail”
“ASCO Arena”
17:00. “Turan Tovuz” – “Göygöl”
Tovuz şəhər stadionu
29 noyabr (çərşənbə)
13:30. “Şahdağ Qusar” – “Qaradağ Lökbatan”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
13:30. “Kəpəz” – “Baku Sportinq”
Tovuz şəhər stadionu
13:30. “Zaqatala” – “Şamaxı”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu
13:30. “İmişli” – “Mingəçevir”
İmişli şəhər stadionu
15:00. “Kür-Araz” – “Araz-Naxçıvan”
“Dalğa Arena”
18:00. “Lerik” – “Sumqayıt”
“Kapital Bank Arena”
Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb
Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb
Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub
Bakıda hərbçilər arasında güləş üzrə dünya çempionatına yekun vurulub
Bakıdakı dünya çempionatında son günün qalibləri mükafatlandırılıblar VİDEO