Vətən müharibəsi iştirakçıları həqiqi hərbi xidmətə qəbul olunub
Bakı, 21 noyabr, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş veteranları həqiqi hərbi xidmətə qəbul edib.
Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, namizədlərin bilik və fiziki hazırlıq səviyyələri yoxlanılıb və yüksək nəticə göstərənlər xidmətə qəbul olunub.
Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olunan hərbi qulluqçulara xidməti vəsiqələri təqdim edilib, müəyyən tapşırıq və tövsiyələr çatdırılıb. Onlardan dörd nəfərə leytenant ilk hərbi rütbəsi verilib, bir nəfər isə Silahlı Qüvvələrin ehtiyatından baş leytenant hərbi rütbəsi ilə xidmətə qəbul edilib.
Bu ilin avqust və oktyabr aylarında da Vətən müharibəsi iştirakçıları həqiqi hərbi xidmətə qəbul olunub. Onlar ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən Xidmətin struktur bölmələrində xidmət aparırlar.
Hərbi xidmətə qəbul olunan veteranlar Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunublar.
Bazar günü bəzi yerlərdə qısamüddətli leysan olacaq
Gənclər ekoloji problemlərin həlli istiqamətində yaradıcı yanaşmalar irəli sürüblər
Bərdədəki “RehaPoint” məntəqəsində əlilliyi olan 1450-dək şəxsə reabilitasiya xidmətləri göstərilib
Suraxanı rayonunda qanunsuz inşa olunan tikililər sökülüb VİDEO
Ankarada Şah İsmayıl Xətai irsinə həsr olunmuş tədbir keçirilib