×
A
A
A
Sazlamalar

Gəncə Dövlət Universitetində beynəlxalq konfrans keçirilib

Gəncə, 21 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universiteti (GDU) və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə “Piri rəis adına 6-cı Beynəlxalq dil, tarix, coğrafiya” və “İSPEC 4-cü Beynəlxalq elmi araşdırmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransa 20 ölkənin ali təhsil müəssisələri, həmçinin elmi-tədqiqat institutlarından akademik heyət üzvləri və alimlər qatılıb.
Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi yad edilib.
GDU rektorunun baş müşaviri Asif Cavadov tədbiri açaraq konfransın əhəmiyyətindən və ali təhsil ocağının qardaş ölkənin universitetləri ilə sıx elmi əməkdaşlıq əlaqələrindən danışıb.
Türkiyə Erciyes Universitetinin professoru Elvan Yalçınkaya, Gəncə Dövlət Universitetinin professoru Orucəli Rzayev və İKSAD-ın Azərbaycan təmsilçisi, filologiya üzrə fəlsəfə doktoru Əlvan Cəfərov çıxış edərək, konfransın işinə uğurlar arzulayıblar.
Konfrans 6 bölmə iclası ilə başa çatıb.

Regionlar 2023-11-21 11:16:00